Şəhla Tahir qızı Quliyeva

Kitabxana xidmətləri üzrə direktor müavini




Doğum tarixi

13 fevral 1971-ci ildə   anadan olub.

Təhsili

1977-1988-ci illərdə  orta məktəbdə təhsil almışdır.

1992-1998-ci illərdə  istehsalatdan ayrılmamaqla BDU-nun Kitabxanaçılıq fakültəsində təhsil alaraq oranı Fərqlənmə diplomu ilə bitirmişdir.

Karyera məlumatları

1989-1990-ci illərdə  Cəfər Babayev adına TPM-ni bitirərək Bakı Universiteti Nəşriyyatının mətbəəsində əmək fəaliyyətinə başlamışdır.

1998-ci ildən   Bakı Universiteti nəşriyyatının “Təbiət və dəqiq elmlər” redaksiyasında əvvəlcə korrektor, sonra redaktor vəzifələrində çalışmışdır.

1999 – 2019 cu illərdə   “Bakı Universitetinin Xəbərləri” elmi jurnalının məsul katibi olmuşdur

2000-2019 cu illərdə   BDU-nun Kitabxanaçılıq-informasiya fakültəsinə müəllim, dossent vəzifələrində çalışmışdır.

2010-cu ildən   Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzində əvəzçiliklə metodist vəzifəsində çalışmışdır.

2020-ci ildən  Azərbaycan Milli Elmlər Akademiyası Mərkəzi Elmi Kitabxanasında əvvəlcə Biblioqrafiya şöbəsinin müdiri, hazırda isə direktorun kitabxana xidməti üzrə direktor müavini vəzifəsində çalışır

Elmi fəaliyyəti

2006-cı ildə   “Məzahir Daşqının poeziyası” mövzusunda namizədlik dissertasiyası müdafiə edərək filologiya üzrə fəlsəfə doktoru alimlik dərəcəsi almışdır

2011-ci ildə   AAK tərəfindən Kitabşünaslıq və nəşriyyat işi ixtisası üzrə dosent elmi adı almışdır.

2015–2020–ci illərdə   BDU-da Kitabxanaşünaslıq, biblioqrafiyaşünaslıq və kitabşünaslıq ixtisası üzrə elmlər doktoru proqramında qiyabi doktoranturada təhsil almışdır. Hazırda “Azərbaycanda elmi jurnalların yaranması, müasir vəziyyəti və inkişaf perspektivləri” mövzusunda doktorluq işi üzərində çalışır.

21 kitabın (17 müxtəlif mövzulu kitabın tərtibatçısı, 2 dərs vəsaitinin, 2 monoqrafiyanın müəllifi), 6 fənn proqramının, 1 metodik göstərişin, 140 – dan artıq elmi, elmi-publisistik məqalənin müəllifidir

Təltiflər

2019 - cu ildə “Bakı Dövlət Universitetinin 100 illiyi (1919 – 2019 ) Azərbaycan Respublikasının yubiley medalı ” ilə təltif edilmişdir

Fəaliyyətinə dair əlavə məlumatlar
  • 2016-cı ilin əvvəlindən Bakı Xoreoqrafiya Akademiyasının "Sənət Akademiyası" jurnalının redaktoru kimi fəaliyyət göstərir.