İnformasiya xidməti MEK-in əsas fəaliyyət sahəsidir. Demək olar ki, kitbxananın əksər şöbələri informasiya xidmətinin göstərilməsi və təkmilləşməsi üçün çalışır. İnformasiya xidməti MEK-in xidmətlərindən faydalanacaq oxucuların qeydiyyatı, onların sifariş etdikləri resurslarla təmin edilməsi və geri qəbul edilərək müvafiq saxlanca göndərilməsi və bu xidmətin təşkili üçün zəruri olan informasiya təminatının və alətlərinin hazırlanmsı fəaliyyətini nəzərdə tutur.
MEK-də AMEA-nın elmi-tədqiqat müəssisələri, Rəyasət Heyəti yanında müəssisə və təşkilatların əməkdaşları daxil olmaqla, Bakı şəhərinin və respublikanın elmi-tədqiqat müəssisələrinə, ali məktəblərə və başqa təşkilatlara, həmçinin MDB və xarici ölkələrin kitabxanalarından müraciət edən oxuculara informasiya xidməti göstərilir. Təkcə son yarım il ərzində MEK-də yeni 546 oxucu qeydiyyatdan keçib, hal-hazırda oxucuların sayı 9183 nəfərdir.
AMEA-nın əməkdaşları, magistrları, dissertant və doktorantları, Qarabağ və Vətən müharibəsi qaziləri, habelə şəhid ailələri və veteranların ailələri, eləcə də yaşı 75-dən yuxarı olan şəxslər üçün oxu zallarından, kitab və kitabxana fondlarına məxsus sənədlərdən istifadə ödənişsiz əsaslarla həyata keçirilir.
Yarım il ərzində 1114 sayda ədəbiyyat oxucuların istifadəsinə verilib, bunlardan 883 ədəbiyyat saxlancdan, 281 ədəbiyyat isə yardımçı fondlardan istifadə edilib. Həmçinin oxucular tərəfindən sifariş olunan sənədlərin surəti çıxarılaraq oxuculara təqdim edilmişdir.
.
Oxuculara informasiya xidməti ənənəvi üsulla yanaşı elektron kataloq, onlayn sifariş ilə də yerinə yetrilir.