Elektron xidmətlər və informasiya resursları üzrə direktor müavini
Doğum tarixi
25 fevral 1963-cü ildə anadan olub.
Təhsili
1989-ci ildə Bakı Dövlət Universitetinin Kitabxanaçılıq – informasiya fakültəsini fərqlənmə diplomu ilə bitirib.BDU-nun nəzdində ictimai peşələr fakültəsinin Jurnalistika ixtisasına yiyələnib.
Karyera məlumatları
1989-1992-ci illərdə Binəqədi rayonu kütləvi kitabxanasında müdir vəzifəsində çalışıb.
1992-2018-ci illərdə Xətai rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemində direktor kimi fəaliyyət göstərib.
2018-2021-ci illərdə Respublika Gənclər Kitabxanasında direktor vəzifəsində işləyib.
2022-ci ildən 2024-cü ilin aprel ayının 22-nə kimi AMEA-nın M.Füzuli adına Əlyazmalar İnstitutunun aparıcı elmi işçisi olub.
2024-cü ilin aprel ayının 22-də Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanasının direktor müavini vəzifəsinə təyin olunub.
Elmi fəaliyyəti
2012-2016-cı illərdə AMEA-nın M.Füzuli adına Əlyazmalar İnstitutunun dissertantı olub və 2018-ci ildə "Müstəqillik illərində Azərbaycan Respublikasında şəhər əhalisinə kitabxana informasiya xidməti" mövzusunda dissertasiya müdafiə edərək tarix elmləri üzrə fəlsəfə doktoru elmi dərəcəsi alıb.
2022-ci ildən AMEA M.Füzuli adına Əlyazmaları İnstitutunun elmlər doktoru hazırlığı üzrə doktorantıdır və "Şəxsi arxivlərdə Azərbaycan tarixinə dair materialların təhlili" mövzusunda doktorluq işi üzərində çalışırb.
1 monoqrafiya, elektron kitabxana işinə dair 5 kitabın (dərslik və dərs vəsaiti), məqalələr toplusundan ibarət bir kitabın, xaricdə və ölkədə elmi jurnallarda müxtəlif dillərdə dərc olunan 20-dən artıq elmi məqalə və tezisin, çoxsaylı metodiki vəsait, biblioqrafiya, biblioqrafik vəsait, elektron baza, elmi rəy, informasiya bülleteni və s. müəllifi və layihə rəhbəridir.
Beynəlxalq kitabxana-informasiya təşkilatı olan İFLA-nın 71-ci konfransında, Gürcüstanda (2001-ci il),Norveç (2005-ci il), Almaniyada (2018-ci il), Türkiyə (2019-cu il), Rusiyada (2009, 2019-cu illər), Bakıda (2011, 2012, 2013, 2014, 2016, 2017, 2019, 2020, 2021-ci illər) keçirilmiş Beynlxalq Konfranslarda məruzə ilə çıxış etmişdir.
Təltiflər
Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən Tərəqqi medalı ilə təltif olunub. Həmçinin Yeni Azərbaycan Partiyasının Fəxri Fərmanı, Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsi Fəxri Fərmanı,Yunus Əmrə İnstitutunun Fəxri Fərmanı ilə təltif olunub. “Emedia Group” tərəfindən ŞƏMS milli mükafatına layiq görülüb.