18 yaşına çatmış Azərbaycan Respublikası və xarici ölkə vətəndaşları kitabxana daxilində təklif olunan bütün xidmətlərdən istifadə hüququna malikdir. Oxu zalllından, kitab və kitabxana fonduna məxsus digər sənədlərdən istifadə üçün kitabxanaya üzv olmalı, qeydiyyatdan keçərək istifadəçi kartı əldə edilməlidir; İstifadəçi kartı kitabxanadan istifadə hüququ verən yeganə sənəddir; Qeydiyyatdan keçən hər bir şəxs tələb olunan sənədləri şəxsən özü təqdim etməlidir; Kitabxanaya kitab borcu olan şəxlər borclarını qaytarmadığı müddətcə kitabxanaya üzv edilmir. İstifadəçi kartı itirildikdə kart sahibi dərhal kitabxananın qeydiyyat bölməsinə müraciət etməli və ödənişli əsaslarla yeni istifadəçi kartı əldə etməlidir.
Oxucu kartına malik olmaq ödənişli əsaslarla həyata keçirilir:- 1 illik - 100 AZN
- 1 ayı - 10 AZN
- 10 günlük 5 AZN
AMEA-nın əməkdaşları, magistrları, dissertantları və doktorantları kitabxanadan ödənişsiz istifadə etmək üçün magistr vəsiqəsi, şəxsiyyət vəsiqəsi iş yerindən və ya oxuduqları müəssisədən arayış təqdim etməlidir. Vətən müharibəsi qaziləri, şəhid ailələri, veteranlar, yaşı 75-dən yuxarı şəxslər kitabxanadan ödənişsiz istifadə etmək hüququna malikdir.. Bunun üçün onlar müvafiq olaraq veteranlığı təsdiq edən vəsiqə və şəxsiyyət vəsiqəsi təqdim etməlidir. Təqdim olunan sənədlər skan edilərək istifadəçi kartı və qəbzlə birlikdə istifadəçiyə geri qaytarılır.
Kitabxananın təklif etdiyi xidmətlər:
- Biblioqrafik təsvir kataloqu; Oxu zallarından istifadə: kitab və kitabxana fonduna məxsus digər sənədlər (dissertasiyalar, avtoreferatlar, jurnal, qəzet, beynəlxalq e-resurslar, xəritələr, foto və kino sənədlər, audiovizual vasitələr və s.);
- Tammətnli beynəlxalq e-resurslara çıxış (www.mek.az saytı vasitəsilə);
- Elektron məlumat lövhələri;
- Sərgi salonu;
- Surətçıxarma və printer;
- Sənədin CD-yə köçürülməsi və ya e-mail ilə göndərilməsi;
- Kitabxana daxilində yeməkxana və kafe;
- Yeməkxana daxilində açıq kitabxana;
Qadağandır:
- Oxu zalında müzakirə aparmaq, telefonla danışmaq, audio-video material dinləmək; (oxu zalı daxilində mobil telefonlar səssiz rejimdə saxlanılmalı və oxu zalından kənarda istifadə olunmalıdır); Oxu zalı daxilində qida məhsulları, rəngli və şirəli içkilərdən istifadə etmək; Oxu masasının üzərini zibilləmək və yazmaq; Oxu zalının istirahət otağında oturacaqlarda uzanmaq; Ənənəvi etik normalardan kənara çıxan davranış nümayiş etdirmək;
- Oxu zallarında, dəhlizlərdə, gözləmə oturacaqlarında səsli danışıqlar və müzakirələr aparmaq; Oxu zalına üst geyimlə daxil olmaq;
- Oxu zalındakı kompüterlərdə yaddaş kartından və digər elektron məlumat daşıyıcılarından istifadə etmək; Oxu zalında masadan istifadə etmədikdə masanın üzərini və ya oturacağı şəxsi əşyalarla məşğul etmək;
- Kitabxanaya istifadəçi kartı olmadan daxil olmaq və ya digər istifadəçilərin kartından istifadə etmək (qaydanı pozmuş istifadəçi 1(bir) ay müddətinə kitabxanadan istifadə hüququndan məhrum edilir); Kartını başqa şəxsə ötürən istifadəçi kitabxanaya üzvlük hüququndan məhrum edilir;
- Kitabxana daxilində siqaret çəkmək;
- İstifadəçilər üçün ayrılmış dolabları çirkləndirmək, açarlarını itirmək ("Cərimə cədvəli"nə əsasən сərimələnir); İstifadəçinin kitabxana binasına qaydaları pozaraq daxil olmasına yol verilmir (istifadəçi kartı olmayan, kartını digər istifadəçilərə verən, digər istifadəçilərin kartından istifadə edən);