Hüseyn Cəlil oğlu Hüseynov

DİREKTOR

  • Əlaqə məlumatları: (+994 12) 537 19 82   huseyn-1978@mail.ru



Doğum tarixi

20 dekabr 1978-ci ildə Füzuli rayonunun Qaraxanbəyli kəndində anadan olub.

Təhsili

2000-ci ildə  Azərbaycan Dövlət Neft Akademiyasını (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) “Yüksək gərginliklərin fizikası və texnikası” ixtisası üzrə bakalavr pilləsini, 2002ci ildə  isə magistr pilləsini fərqlənmə diplomu ilə bitirib.

Karyera məlumatları

2002-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının Fizika İnstitutunun "Yüksək gərginliklərin fizikası və texnikası" laboratoriyasında mühəndis proqramçı vəzifəsinə təyin olunub. İnstitutda kiçik elmi işçi, elmi işçi, böyük elmi işçi və aparıcı elmi işçi vəzifələrində işləyib.

2015-ci ildə  AMEA Rəyasət Heyəti aparatının Elm və təhsil idarəsinin Elmi-analitik şöbəsinə rəis müavini təyin olunub.

2016-cı ildə  AMEA Rəyasət Heyəti aparatının Elm və təhsil idarəsinin Magistratura şöbəsinin rəisi vəzifəsinə təyin olunub.

2017-cı ildə  AMEA Rəyasət Heyəti aparatının Elm və təhsil idarəsinin rəis müavini vəzifəsinə təyin olunub.

2022-ci ildə  AMEA Rəyasət Heyəti aparatının Elmi, texniki və innovativ fəaliyyətin təşkili şöbəsinin müdiri vəzifəsinə təyin olunub.

2023-cü ildə  AMEA Rəyasət Heyəti aparatının Elm və təhsil şöbəsinin müdiri vəzifəsinə təyin olunub.

2024-cü ildə  Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanasının direktoru vəzifəsinə təyin olunub.

Elmi fəaliyyəti

2012-cü ildə   texnika elmləri üzrə fəlsəfə doktorluğu dissertasiyasını müdafiə edib.

Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının 07 oktyabr 2016-cı il tarixli qərarı ilə dosent adını alıb.

93 elmi əsərin, 1 patentin müəllifidir.

Təltiflər

2011-ci ildə Gənclər və İdman Nazirliyinin təsis etdiyi Elm və Təhsil nominasiyası üzrə Gənclər Mükafatı Laureatına layiq görülüb.

AMEA prezidentinin Fəxri Fərmanı ilə təltif olunub.

Fəaliyyətinə dair əlavə məlumatlar
  • • YAP Yasamal rayon təşkilatının AMEA Mərkəzi Elmi Kitabxana üzrə ərazi partiya təşkilatının sədri;
  • • AMEA Direktorlar Şurasının sədr müavini;
  • • AMEA-da Ekspedisiyaların təşkili üzrə komissiyanın üzvüdür.
  • • Gənc tədqiqatçı Elmi-praktiki jurnalın redaksiya heyətinin üzvü;
  • • Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun Gənc alimlərin 1-ci qrant müsabiqəsinin qalibi və layihə rəhbəri;
  • • Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun 5-ci mobillik qrant müsabiqəsinin qalibi və layihə rəhbəri;
  • • 2 beynəlxalq (Ukrayna) qrant layihəsinin iştirakçısı;
  • • “The World Federation of Scientists” mərkəzinin gənc alimlər üçün dəstək fondunun təqaüdçüsü;
  • • Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun keçirdiyi “Elm və Təhsil İnteqrasiyası” məqsədli qrant müsabiqəsinin qalibi və layihə rəhbəri;
  • • Azərbaycan Elm Fondunun keçirdiyi “Əsas qrant müsabiqəsi-2022”-nin qalibi və layihə rəhbəri;
  • • Azərbaycan Texniki Universitetinin dosentidir.