"MEK-də kitabxanaçılar üçün beşgünlük təlim başa çatıb"

foto

AMEA-nın Mərkəzi Elmi Kitabxanasında elmi-tədqiqat institutlarının kitabxanaçıları üçün keçirilən beşgünlük təlim başa çatıb. Yekun yığıncaqda MEK-in direktoru professor Məmməd Əliyev kitabxana-informasiya sahəsində biliklərin təkmilləşdirilməsi, virtual məkana inteqrasiya, kitabxanaçıların peşəkar fəaliyyətinin daha da artırılması məqsədilə keçirilən təlimlərə bir sıra elmi-tədqiqat institutlarının kitabxanaçılarının qatıldıqlarını vurğulayıb. Təlimlərin keçirilməsinin əhəmiyyətindən danışan direktor bu təcrübənin gələcəkdə də davam etməsinin zəruriliyini qeyd edib. MEK-in İnnovativ layihələr və metodiki təminat şöbəsinin müdiri Səyyarə Məmmədova çıxışında tədris prosesi zamanı sənəd-informasiya fondlarının formalaşması, mühafizəsi, materialların hüquqi və fiziki şəxslərə istifadəyə verilməsi, kitabxanaların qarşısında duran yeni vəzifələr, saxlanılan informasiya vasitələrinin mübadiləsi, elmmetrik tədqiqatların kitabxana işi ilə əlaqəsi, elmi istinad bazaları- WEB of Science, Elsevier, Scopus və bu kimi digər mövzuların daha dərindən mənimsənildiyini vurğulayıb. Təlim iştirakçıları maraqlı və faydalı təcrübə mübadiləsinə görə təşəkkür ediblər. Sonda sertifikatlar təqdim olunub.

Xəbəri sosial şəbəkələrdə paylaşın