MEK

"Azərbaycanda kitabxana-informasiya sahəsinə dair yeni toplu işıq üzü görüb"

2021-12-20

Ulu Öndər Heydər Əliyevin 100 illiyi münasibətilə AMEA Mərkəzi Elmi Kitabxanasının direktoru, professor Məmməd Əliyevin və direktor müavini, dosent Şəhla Tahirqızının birgə hazırladıqları “Azərbaycan Respublikasında kitabxana-informasiya sahəsinə dair normativ hüquqi sənədlər” adlı toplu işıq üzü görüb. Əvvəllər bu istiqamətdə çapdan çıxmış vəsaitləri məzmunca tamamlamaq baxımından mühüm tarixi əhəmiyyət kəsb edən topluda kitabxana işinin hüquqi təminatı olan mühüm dövlət sənədləri, o cümlədən kitabxana və nəşriyyat işinə dair, informasiya haqqında Azərbaycan Respublikasının qanunları, ölkə Prezidentinin imzaladığı fərman və sərəncamlar, respublika Nazirlər Kabinetinin qərarları və digər rəsmi dövlət aktları öz əksini tapıb. Vəsaitin əsas məqsədi kitabxana işçilərinin hüquqi mədəniyyətinin, hüquqi şüur və savad səviyyəsinin yüksəldilməsinə kömək göstərməkdən ibarətdir. Onu da qeyd edək ki, kitabın ön sözünün müəllifi Bakı Dövlət Universitetinin Redaksiya-nəşriyyat işi kafedrasının müdiri, dosent Knyaz Aslandır. Toplu kitabxana işi sahəsində çalışan mütəxəssislər, rəhbər işçilər, metodistlər, bu sahədə elmi tədqiqat işləri aparanlar və geniş oxucu kütləsi üçün nəzərdə tutulub.

 

 

  • Paylaş: