MEK

"MEK-in “İnformasiya bülleteni”nin üçüncü nömrəsi çapdan çıxıb"

2029-11-20

AMEA Mərkəzi Elmi Kitabxanasının (MEK) “İnformasiya bülleteni”nin üçüncü nömrəsi çapdan çıxıb. Bülletenin bu sayı AMEA-nın vitse-prezidenti, akademik İradə Hüseynovanın “Akademik Zərifə Əliyeva: həyatı, elmi, həkimlik və ictimai fəaliyyəti” adlı məqaləsi ilə başlayır. “İnformasiya bülleteni”nə 2023-cü ilin III rübündə müxtəlif elm sahələri üzrə MEK-in fondlarına daxil olan sənədlər, ardı davam edən nəşrlər, jurnallar və keçirilən tədbirlər, sərgilər, ekskursiyalar haqqında məlumatlar daxil edilib.

 

 

  • Paylaş: