"MEK-də “18 Oktyabr - Müstəqilliyin Bərpası Günü” adlı sərgi təşkil olunub"
2018-10-20
Bu gün Azərbaycan Respublikasının müstəqilliyinin bərpa edilməsinin 32 ili tamam olur. Bu münasibətlə AMEA Mərkəzi Elmi Kitabxanasında “18 Oktyabr - Müstəqilliyin Bərpası Günü” adlı sərgi təşkil olunub. MEK-in fondlarındakı nəşrlərdən ibarət olan sərgidə “Qayıdış 1990-1993”, “Müstəqil Azərbaycanın 25 ili səfirlərin gözü ilə”, “Müstəqillik illərində Azərbaycan Milli Elmlər Akademiyasının elmi nəşrləri”, “Qurtuluş”, “Müstəqilliyimiz, mənəviyyatımız”, “SSRİ-Türk münasibətləri”, “Heydər Əliyev və milli-tarixi yaddaşın bərpası”, “Müstəqil Azərbaycan dövlətinin qurucusu”, “Müstəqillik dövrü Azərbaycan ədəbiyyatı”, “Müstəqillik illərində Azərbaycan dilində terminologiyanın inkişafı” və digər dəyərli nəşrlər yer alıb. Təqdim olunan nəşrlərdə ayrı- ayrı məqalə və yazılarla həmin dövrün bir sıra aktual problemləri önə çəkilir, müstəqillik dövrün fəlsəfəsi, yeni dövrə baxış, çağdaş problemlərin təhlili mühüm yer tutur. Kitablarda görkəmli dövlət xadimi, böyük tarixi şəxsiyyət – Heydər Əliyevin Azərbaycan dövlətinə rəhbərlik etdiyi müddətdə həyata keçirdiyi taleyüklü tədbirlərdən, milli-tarixi yaddaşımızın bərpası üçün imzaladığı və çox böyük tarixi dəyəri olan fərman və sərəncamların əhəmiyyətindən, tariximizdəki quruculuq və xilaskarlıq rolundan, mənəvi, siyasi və ictimai həyatımızdakı misilsiz xidmətlərindən, eləcə də müstəqilliyin qorunub saxlanması və möhkəmləndirilməsi istiqamətində ölkə Prezidenti İlham Əliyevin yorulmaz səylərindən bəhs edilir. Burada, həmçinin 44 günlük Vətən müharibəsində əldə edilmiş tarixi Zəfər, Azərbaycan dövlətinin, xalqının və ordusunun qarşılaşdığı sınaqlar geniş işıqlandırılır. Qeyd edək ki, sərgi iki həftə müddətində davam edəcək.