MEK

"AMEA əməkdaşları üçün növbəti “Vikipediya” təlimləri başlayıb"

2025-09-20

AMEA-nın Rəyasət Heyəti aparatının “Elektron Akademiya” şöbəsinin təşkilatçılığı ilə Mərkəzi Elmi Kitabxanada növbəti “Vikipediya” təlimlərinə başlanıb. Təlimlərin keçirilməsində məqsəd AMEA-nın bütün institutlarında könüllü “Vikipediya” qrupları tərəfindən məqalələrin redaktəsi və yeni məqalələrin yaradılmasının formalaşdırılmasıdır. Təlimlər kitabxananın Elektron resurslar şöbəsinin baş mütəxəssisi Xəyalə Kərimova tərəfindən həyata keçirilir və AMEA-nın Qafqazşünaslıq, Folklor və Dilçilik institutlarının əməkdaşları iştirak edirlər. Təlim ərzində könüllülərə “Vikipediya” haqqında ümumi məlumat verilib və məqalə yaratmaq qaydaları diqqətə çatdırılıb.

 

 

  • Paylaş: