"Gənc şair-publisist Etibar Həsənzadə kitablarını MEK-ə hədiyyə edib"
2026-07-20
Şair, yazıçı, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan Respublikası Prezident təqaüdçüsü, "Qızıl qələm" media mükafatı laureatı Etibar Həsənzadə AMEA Mərkəzi Elmi Kitabxanasına (MEK) kitablarını təqdim edib. 2016-cı il aprel şəhidi Emin Bağırova həsr olunan “Mən şəhid olacam, Ana!” adlı əsər bədii-publisistik üslubda yazılıb. Əsər boyu topoqrafik məlumatlar verilib. “Eşqin heykəli” adlı nəşrdə “Zəfər marşı”, “Böyük Zəfərin başlanğıcı”, “Gözlə, bizi Qarabağım”, “Daşkəsən”, “Azərbaycan” kimi şeirlər və “Sevgi bəstəsi”, “Mənim hekayəm”, “Eşq”, “Duyğular dinsin” kimi hekayələr yer alıb. Gənc yazarın “Vətən uğrunda” adlı əsəri Daşkəsən şəhid və qazilərinə həsr olunub. Kitab “Qarabağ Azərbaycandır” fərdi layihə çərçivəsində hazırlanıb. Qeyd edəki ki, E. Həsənzadənin şeirlərinə mahnılar bəstələnib, eşitmə və danışma qüsurlu insanlar üçün şeirləri və onların mahnıları üçün Azərbaycan işarət dilində 3 klip çəkilib.