MEK

"Bir qrup şəhid ailə üzvləri, müharibə iştirakçıları və qazilər MEK-in Qarabağ müharibəsi qəhrəmanları fondunu ziyarət e

2016-06-20

AMEA Mərkəzi Elmi Kitabxanasında “Böyük zəfərin 101 şəhidi” adlı kitabın təqdimatında iştirak edən bir qrup şəhid ailə üzvləri, müharibə iştirakçıları və qazilər (MEK) Qarabağ müharibəsi qəhrəmanları fondunu ziyarət edib. Görüş zamanı MEK-in baş direktoru, professor Məmməd Əliyev qonaqları qarşılayaraq, onlara fond haqqında məlumat verib. “44 günlük Vətən müharibəsi tariximizin şanlı səhifəsidir. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun qazandığı şanlı Qələbə xalqımızın yenilməzliyini, birliyini, iqtisadi gücünü dünyaya nümayiş etdirdi. Torpaqlarımızın erməni vandallarından azad edilməsi, ölkəmizin ərazi bütövlüyünün bərpa olunması uğrunda canlarını fəda edən şəhidlərimizin, qazilərimizin, müharibədə iştirak edən vətənpərvər Azərbaycan övladlarının borcu ödənilməzdir” - deyə M.Əliyev bildirib. Baş direktor qeyd edib ki, Azərbaycan kitabxana sistemində ilk dəfə MEK-də yaradılan fondun əsas məqsədi Qarabağ müharibəsinə həsr olunan sənədləri sistemli şəkildə toplayaraq mühafizə etməkdir. Qonaqlar görüş zamanı fondda Ulu öndər Heydər Əliyevin və Ali Baş Komandan İlham Əliyevin Qarabağ bölgəsində müxtəlif dövrlərdə çəkilmiş fotoşəkilləri, 50-ə yaxın müharibə iştirakçılarının fotoşəkillərindən ibarət "Qarabağ Azərbaycandır!", Azərbaycan Respublikasının Xəritəsi üzərində 3000-ə yaxın şəhid adlarının əks olunduğu "Zəfər memarları", Birinci və İkinci Qarabağ müharibəsi, Aprel və Tovuz döyüşləri zamanı şəhid olanların xatirəsini əbədiləşdirmək üçün yaradılan guşələrlə tanış olub, 600-dən artıq şəhid, qazi və müharibə iştirakçılarının həyatı və fəaliyyət yolunu əks etdirən məlumatlar, şəxsi sənədlər, onların şəxsi kitablarından ibarət kolleksiyaya baxıblar. Qeyd edək ki, “Vətən” layihə çərçivəsində qələmə alınan “Böyük zəfərin 101 şəhidi” adlı kitab 44 günlük Vətən savaşı zamanı iştirak etmiş 101 şəhiddən bəhs edir. İkinci Qarabağ müharibəsində şəhidlik zirvəsinə ucalan qəhrəmanlarımızı gələcək nəsillərə çatdıran kitabın müəllifi “İlk Zəfər marşı”, “Vətən marşı”nın müəllifi Azərbaycan Jurnalistlər Birliyinin müstəqil araşdırmaçı jurnalist Aydın Tağıyevdir.

 

 

  • Paylaş: