MEK

"Daha bir MEK əməkdaşına YAP-a üzvlük vəsiqəsi təqdim edilib"

2013-06-20

YAP Yasamal rayon təşkilatında “Heydər Əliyev İli” çərçivəsində 15 iyun – Milli Qurtuluş Günü münasibətilə “Milli dövlətçiliyimizin xilaskarı” mövzusunda tədbir keçirilib. YAP Yasamal rayon təşkilatı və Yasamal rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə baş tutan tədbirdə ərazi partiya təşkilatının sədrləri, həmçinin Mərkəzi Elmi Kitabxananın baş direktoru, professor Məmməd Əliyev və kitabxana əməkdaşları, şəhid ailə üzvləri iştirak ediblər. Öncə Azərbaycanın Respublikasının Dövlət Himni səsləndirilib, xalqın xilaskarı, Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi, suverenliyi, ərazi bütövlüyü uğrunda şəhid olmuş qəhrəmanlarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbirdə YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyevin, Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənovun və BDU-nun kafedra müdiri, professor İradə Hüseynovanın çıxışları dinlənilib. Çıxışçılar ölkəmizin və xalqımızın tarixində əvəzsiz xidmətləri olan, şərəfli və mənalı ömrünü xalqının nicatına, milli dövlətçiliyin dirçəlməsinə həsr edən Ümummilli Lider Heydər Əliyevin xilaskarlıq missiyasından, xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışının nəticəsi və uzaqgörən siyasi fəaliyyətinin bəhrəsindən danışıblar. Qalib Azərbaycanın ən yeni tarixini yazan Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə müstəqil ölkəmizin sürətlə inkişafı da xüsusi diqqətə çatdırılıb. Daha sonra bir qrup partiya fəallarına fəxri fərmanlar, Yeni Azərbaycan Partiyasının sıralarına yeni qoşulmuş üzvlərinə, eləcə də Mərkəzi Elmi Kitabxananın əməkdaşı Nigar Ağayevaya YAP üzvlük vəsiqəsi təqdim edilib. Tədbir bədii hissə ilə davam edib.

 

 

  • Paylaş: