MEK

MEK-in əməkdaşı beynəlxalq multidissiplinar konfransda çıxış edib

2025-01-06

“COP29 Dünyanın Ekoloji Sabitlik Platformasıdır” mövzusunda beynəlxalq multidissiplinar konfrans keçirilib.

“Yaşıl Enerjiyə Dəstək İctimai Təşəbbüs Qrupunun” təşkilatçılığı ilə baş tutan tədbirdə Azərbaycan və Türkiyədən olan elm xadimləri, alimlər, dövlət rəsmiləri ilə yanaşı, AMEA-nın Mərkəzi Elmi Kitabxanasının Biblioqrafiya şöbəsinin müdiri fil.ü.f.d. Aytən Əliyeva iştirak edərək “Süni intellekt və ekologiya” adlı məruzəsi ilə çıxış edib.

Tədbir çərçivəsində iştirakçılar ekoloji problemlər, iqlim dəyişikliyi, yaşıl iqtisadiyyat və süni intellektin ekoloji təsirləri kimi müxtəlif mövzularda məruzələrini təqdim edərək konfransın elmi və praktiki nəticələrinin təkcə regional deyil, qlobal miqyasdakı əhəmiyyətini vurğulayıblar.

Sonda iştirakçılara sertifikatlar təqdim olunub.

 

 

  • Paylaş: