MEK

MEK rəhbərliyi Şimali Kipr Türk Cümhuriyyətinin müstəqillik gününə həsr olunmuş tədbirdə iştirak edib

2024-11-29

Şimali Kipr Türk Cümhuriyyətinin (ŞKTC) müstəqilliyinin 41-ci ildönümü münasibətilə Bakıda tədbir keçirilib.

Tədbirdə Şimali Kipr Türk Cümhuriyyətinin Bakıdakı nümayəndəliyinin rəhbərliyi və digər mötəbər qonaqlarla yanaşı, Azərbaycan Milli Elmlər Akademiyası Mərkəzi Elmi Kitabxanasının direktoru, texnika elmləri doktoru Hüseyn Hüseynov, Kitabxana xidməti üzrə direktor müavini, dosent Şəhla Quliyeva və Beynəlxalq əlaqələr şöbəsinin müdiri Mübariz Göyüşlü iştirak edib.  

Tədbir iştirakçıları ölkəmizin beynəlxalq COP29 iqlim konfransına yüksəksəviyyəli ev sahibliyi etməsi münasibətilə Prezident İlham Əliyevi və Azərbaycan xalqını təbrik ediblər. Böyük türk millətinin bir parçası olan Şimali Kiprin müstəqilliyinin qardaş və dost Azərbaycanda qeyd edilməsinin qürurverici olduğunu vurğulayıblar. Çıxış edənlər Türkiyənin dəstəyi ilə Şimali Kiprin daha da inkişaf edəcəyinə və möhkəmlənəcəyinə əminliklərini bildiriblər.

Qeyd edək ki, cari ilin may ayında ŞKTC-nin təhsil naziri Nazim Çavuşoğlu və ŞKTC-nin Bakıdakı nümayəndəsi Ufuk Turqanerin iştirakı ilə Mərkəzi Elmi Kitabxanada “Şimali Kipr Türk Cümhuriyyəti” adlı diplomatik guşənin açılışı olub.

 

 

  • Paylaş: