MEK

MEK “Hər kağızı bir yarpağa dəyişək-təbiəti qoruyaq” adlı layihəsini başa çatdırıb

2024-11-29

AMEA-nın Mərkəzi Elmi Kitabxanası (MEK) Azərbaycan Respublikasında 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamından irəli gələn vəzifələrin icrası ilə bağlı AMEA Rəyasət Heyətinin 22 yanvar 2024-cü il 7/1 nömrəli Qərarına əsasən silsilə tədbirləri davam etdirir.

Bunlardan biri də təkrar emalı stimullaşdırmaq, təkrar emal müəssisələri üçün xammal tədarükünü asanlaşdırmaq, təbii resurslara qənaət etmək və tullantı miqdarını minimuma endirməklə ekoloji vəziyyəti mümkün qədər yaxşılaşdırmaq və əməkdaşları bu sahədə maarifləndirmək məqsədilə “Hər kağızı bir yarpağa dəyişək-təbiəti qoruyaq” adlı yararsız kağızların toplanması və təkrar istehsala qaytarılması aksiyasıdır.

İlin əvvəlindən başlanılan bu layihə nəticəsində 300 kq-a yaxın kağız tullantı toplanaraq bu gün MEK rəhbərliyinin və şöbə müdirlərinin iştirakı ilə "Azərsun Holdinq"in Azərbaycan Kağız və Karton İstehsalı Kombinatının əməkdaşlarına təhvil verilib.

 

 

  • Paylaş: