MEK

MEK könüllüləri COP29 çərçivəsində ekoloji layihə həyata keçiriblər

2024-11-23

Birləşmiş Millətlər Təşkilatının (BMT) İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində AMEA-nın Mərkəzi Elmi Kitabxanasının (MEK) könüllüləri elmi katib Şəbnəm Rüstəmovanın rəhbərliyi ilə Novxanı çimərliyində sahilyanı təmizlik aksiyası keçiriblər. 

Aksiya zamanı könüllülər ərazini təmizləyərək toplanmış məişət tullantılarını təkrar emal üçün “Təmiz Şəhər” ASC-yə təhvil veriblər.

Baş tutan aksiyanın əsas məqsədi ictimaiyyəti ətraf mühit, o cümlədən dənizətrafı sahələrin mühafizəsinə cəlb etmək, ekoloji tarazlığın bərpasına, yaşıllıqların qorunmasına və ətraf mühitin qorunmasına yönəltmək, o cümlədən sosial məsuliyyətin, ictimai gigiyena vərdişlərinin təbliğində nümunəvi davranışları nümayiş etdirməkdir.

Onu da qeyd edək ki, Mərkəzi Elmi Kitabxana tərəfindən mütəmadi olaraq aktual iqlim problemlərinə cəmiyyətin diqqətinin cəlb olunması kimi təşəbbüslər həyata keçirilir.

 

 

  • Paylaş: