MEK

40 yaşlı “Elm” qəzeti

2024-11-01

“Elm” qəzetinin ilk nömrəsinin işıq üzü görməsindən 40 il ötür. 1984-cü il noyabrın 1-dən etibarən dərc olunan qəzet ölkənin elm sahəsində baş verən yenilikləri, qabaqcıl dünya təcrübəsini oxuculara çatdıran mətbu orqanı kimi kifayət qədər nüfuza malikdir. Ölkə elminin simalarından biri olan qəzet Azərbaycan elminin inkişafında, elmi-mədəni əlaqələrin qurulmasında və aparılan islahatların təbliğində əvəzsiz rol oynayır.   

 

AMEA-nın Mərkəzi Elmi Kitabxanasının rəhbərliyi və çoxsaylı kollektivi adından Azərbaycanın elmi ictimaiyyətini və “Elm” qəzetinin əməkdaşlarını yubiley münasibətilə təbrik edir, onlara çoxşaxəli və məsuliyyətli işlərində uğurlar arzulayırıq.

 

 

 

  • Paylaş: