MEK

YAP Yasamal rayon AMEA Mərkəzi Elmi Kitabxana üzrə ilk ərazi partiya təşkilatının sədr müavini seçilib

2024-10-05

Oktyabr ayının 4-də Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) və Yeni Azərbaycan Partiyası (YAP) Yasamal rayon təşkilatının birgə təşkilatçılığı ilə Akademiyanın bir sıra elmi müəssisələrində YAP ilk ərazi partiya təşkilatlarının sədri və müavini vəzifəsinə seçkilər keçirilib.
YAP Yasamal rayon AMEA Mərkəzi Elmi Kitabxana üzrə ilk ərazi partiya təşkilatının sədr müavini Şəhla Aslanova seçilib.
Qeyd edək ki, cari ilin aprel ayından YAP Yasamal rayon AMEA Mərkəzi Elmi Kitabxana üzrə ilk ərazi partiya təşkilatının sədri vəzifəsini isə AMEA-nın Mərkəzi Elmi Kitabxanasının direktoru dosent Hüseyn Hüseynov icra edir.

 

 

  • Paylaş: