MEK

MEK-in elektron kitabxanasına yeni nəşrlər daxil olub

2024-10-04

AMEA-nın Mərkəzi Elmi Kitabxanasının (MEK) elektron kitabxanasına yeni nəşrlər daxil olub.

Riyaziyyat, informatika, fizika, ədəbiyyat, linqivistika və başqa elm sahələrini əhatə edən dəyərli nəşrlər sırasında “Elmi-tədqiqat üsulları”, “Kompüter modelləşdirilməsi (dərs vəsaiti)”, “Kondensə olunmuş hallar fizikası”, “Adi diferensial tənliklərdən məsələ və misallar (dərs vəsaiti)”, “Bitki akarologiyası”,  “Azərbaycan təsəvvüf ədəbiyyatı”, “Ümumi fizika kursu”, “Ölçüyə görə kvantlanmış sistemlər fizikası”, “XIV əsr nəsr abidəsi Mustafa Zərininin “Siyərün-Nəbi” əsərinin leksikası”, “Erməni dilində Azərbaycan-türk mənşəli sözlər” və başqaları yer alıb.

Mərkəzi Elmi Kitabxananın saytına (mek.az) daxil olaraq, yeni nəşrləri online rejimdə oxumaq mümkündür.

Sərgilənən nəşrlər elmi tədqiqatla məşğul olan mütəxəssislər, araşdırmacılar, ali məktəb tələbələri, o cümlədən geniş oxucu kütləsi üçün nəzərdə tutulub.

Qeyd edək ki, MEK-in Sərgi salonunda yeni daxil olan ədəbiyyatların ənənəvi sərgisi də təşkil olunub.

 

 

  • Paylaş: