MEK

Moskva Dövlət Universitetinin və Milli Aviasiya Akademiyasının bir qrup tələbəsi MEK-lə tanış olublar

2024-10-30

M.V. Lomonosov adına Moskva Dövlət Universiteti (MDU) Bakı Filialının və Milli Aviasiya Akademiyasının bir qrup tələbəsi kitab xəzinələri, elmi ədəbiyyat, kitabxana işi, sənəd axtarışı üsulları ilə əyani tanışlıq məqsədilə Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanasında olublar.

Ekskursiya zamanı tələbələr daimi sərgilənən kitablarla, mühafizə edilən nəşrlərlə, elmi jurnallarla yaxından tanış olub, ətraflı məlumat alıblar. Daha sonra MDU-nun professoru Yelena Yefremenko və dosent Tatyana Boqatova tələbələrə ənənəvi kataloqdan istifadə qaydalarını izah edərək sənəd sifarişini həyata keçiriblər. Milli Aviasiya Akademiyasının tələbələri isə elektron kitabxanadan istifadə qaydaları barədə məlumatlandırılıblar. Bildirilib ki, tələbələr elektron kitabxananın xidmətlərindən istifadə edərək e-katalodan sənəd axtarışını və onlayn sifarişini edə, o cümlədən oxucu kartındakı şifrəni MEK-in saytındakı "E-kitabxanaya giriş" bölməsinə daxil etməklə fondunda olan ədəbiyyatı onlayn oxuya bilərlər. 

Tələbələr dövlət tərəfindən burada yaradılan şəraitdən məmnunluqlarını ifadə ediblər.

 

 

 

  • Paylaş: