MEK

Əkbər Qoşalı Mərkəzi Elmi Kitabxanaya Türk dünyası ilə bağlı kitablar hədiyyə edib

2024-08-30

Beynəlxalq “Alaş” Ədəbiyyat Mükafatı laureatı, şair-publisist Əkbər Qoşalı AMEA-nın Mərkəzi Elmi Kitabxanasına (MEK) Türk dünyasınını mədəni irisi, bədii ədəbiyyatı, o cümlədən, türkologiya ilə bağlı 80 adda kitab bağışlayıb.

Bağışlanan “Balkanlarda türkdilli nəşrlər”, “Orta əsərlər və yeni dövr türk xalqlarının ədəbiyyatında Şərq renessansı ənənələri”, “Qardaş ölkəm Qazaxıstan”, “Qırmızı almadan qızıl almaya”, “Türk ruhunun söz bayrağı Əhməd Cavad”, “Gözəllik düşüncələri”, “Gənc qırğız şeiri antologiyası”, “Türk dünyası gəncləri - Nizami Gəncəvi dühası” elmi-publisistik məqalələr toplusu, “Dədə Şəmkir”, “Sonuncu hərbi əmr” adlı və digər kitablarda türk xalqlarının ortaq dəyərləri, mədəniyyəti haqqında məlumatlar yer alıb.

MEK-in fondlarında saxlanılan bu nəşrlər Türk mədəni irsini araşdıran alim, mütəxəssislər üçün yararlı olacaqdır