"MEK-də “Müstəqillik yollarında: Heydər Əliyevdən İlham Əliyevə” adlı lektoriya keçirilib"
0000-00-00
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasında (MEK) Ulu Öndər Heydər Əliyevin Azərbaycanda siyasi hakimiyyətə gəlişinin 55 illiyinə həsr olunmuş “Müstəqillik yollarında: Heydər Əliyevdən İlham Əliyevə” mövzusunda lektoriya keçirilib.
Tədbir AMEA-nın Rəyasət Heyəti, YAP Yasamal rayon təşkilatı və YAP Yasamal rayon AMEA Mərkəzi Elmi Kitabxana üzrə ilk ərazi partiya təşkilatının birgə təşəbbüsü ilə baş tutub.
Əvvəlcə MEK-in foyesindəki Ulu Öndər Heydər Əliyevin büstü önünə tər gül dəstələri düzülüb, dahi rəhbərin əziz xatirəsi yad edilib.
Tədbirdə AMEA-nın prezidenti akademik İsa Həbibbəyli, YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev, YAP Yasamal rayon təşkilatının sədr müavini Elnarə Mustafayeva, AMEA Azad Həmkarlar İttifaqının sədri s.e.ü.f.d. Sənan Həsənov, AMEA-nın bir sıra elmi müəssisələrinin YAP ərazi partiya təşkilatlarının sədrləri, AMEA-nın Gənc Alim və Mütəxəssislər Şurasının üzvləri, elmi tədqiqat mərkəzlərinin kitabxana rəhbərləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbiri giriş nitqi ilə açan AMEA-nın prezidenti akademik İsa Həbibbəyli Azərbaycan xalqının Ümummili Lideri, görkəmli dövlət xadimi Heydər Əliyevin Azərbaycanda siyasi hakimiyyətə gəlişindən 55 il ötdüyünü və lektoriyanın “Müstəqillik yollarında: Heydər Əliyevdən İlham Əliyevə” adlandırılmasının təsadüfi olmadığını bildirib. Qeyd edib ki, dövlət müstəqilliyimizin möhkəm təməlləri, etibarlı bünövrəsi Ulu Öndər tərəfindən qoyulub, onun layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən Azərbaycan öz inkişafının ən yüksək mərhələsinə qalxıb.
AMEA rəhbəri qeyd edib ki, XX əsrin 60-cı illərində Azərbaycanın sosial-iqtisadi həyatında dərin böhran hökm sürdüyü halda, 1969-cu il iyulun 14-də Ulu Öndər Heydər Əliyevin rəhbərliyə gəlişi Azərbaycanı ağır vəziyyətdən, böhrandan çıxartdı, qısa müddət ərzində Azərbaycanda ən qabaqcıl texnologiyaların istehsalı, elmin qabaqcıl nailiyyətlərinin istehsalata tətbiqi, xalq təsərrüfatının dinamik inkişafı, mədəniyyətin çiçəklənməsi yönündə uğurlu nailiyyətlər əldə edildi.
Akademik İsa Həbibbəyli 1982-ci ildə Siyasi Büronun üzvü seçilən Heydər Əliyevin SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsinə təyin edilərkən böyük iradə və zəhmətinin sayəsində Azərbaycanın artıq ittifaq respublikaları sırasında ilk beşlikdə olmasını Heydər Əliyev fenomeninin məntiqli nəticəsi kimi dəyərləndirib, həmin illərdə Ulu Öndər Heydər Əliyevin atdığı hər addımda Azərbaycanın gələcəyini düşünməsinin şahidi olduğumuzu vurğulayıb. Sovet rejiminin sərt dövrlərində fəaliyyət göstərməsinə baxmayaraq, xalqını gələcək dövlət müstəqilliyinə hazırlayan Ulu Öndərin SSRİ rəhbərliyinin Azərbaycana qarşı ikiüzlü siyasətinə etiraz əlaməti olaraq, 1991-ci ilin iyulunda Sovet İttifaqı Kommunist Partiyasının sıralarını tərk etdiyini deyib.
Akademik qeyd edib ki, Ulu Öndər 1969-1982-ci illərdə Azərbaycana rəhbərliyi dövründə dahiyanə uzaqgörənliklə milli özünüdərk duyğuları, xalqın tarixi yaddaşının özünə qaytarılması kimi prinsiplər əsasında dövlətçilik ideyasının gələcəkdə hərəkətverici qüvvəyə çevrilməsi üçün münbit zəmin yaradıb.
Akademik İsa Həbibbəyli vurğulayıb ki, 1978-ci ildə Azərbaycan SSR-in Konstitusiyasına “Azərbaycan Sovet Sosialist Respublikasının dövlət dili Azərbaycan dilidir” maddəsinin daxil edilməsi, Ziya Bünyadovun “Azərbaycan Atabəyləri dövləti” adlı monoqrafiyasının dövlət mükafatı alması, Bəxtiyar Vahabzadənin “Gülüstan” poemasını yazdığına görə, həbs cəzasından xilas edilməsi və bu kimi milli azadlıq düşüncəsinə dövlət səviyyəsində dəstəyi Ulu Öndərin sarsılmaz iradəsi və ciddi səyləri əsasında öz həllini tapıb.
Akademik İsa Həbibbəyli xalqın çağırışı və təkidi ilə ikinci dəfə hakimiyyətə gələn görkəmli dövlət xadimi Heydər Əliyevin müəyyənləşdirdiyi inkişaf strategiyasının bəhrəsini bu günə qədər gördüyümüzü qeyd edib.
Akademiya rəhbəri Ulu Öndərin siyasi varisi Prezident İlham Əliyevin hazırda dünya liderlərindən biri olmasını 55 illin möhtəşəm yekunu, əbədiyaşar təntənəsi kimi qiymətləndirib.
YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev Ümummili Lider Heydər Əliyevin siyasi fəaliyyəti, ictimai və iqtisadi sahədəki dərin islahatları, dahi liderin parlaq siyasi zəkası və istedadı sayəsində müasir Azərbaycanın bugünkü gerçəkliklərini yaratması və gələcəyə aparan yollarını müəyyən etməsi barədə geniş məruzə ilə çıxış edib.
Mərkəzi Elmi Kitabxananın direktoru texnika elmləri üzrə fəlsəfə doktoru, dosent Hüseyn Hüseynov lektoriyada çıxışı zamanı Azərbaycanda kitabxana işinin inkişafına Ümummilli Lider Heydər Əliyevin qayğısından və verdiyi töhfələrdən bəhs edib. Direktor Ulu Öndərin birinci hakimiyyəti dövründə ləğv edilmiş kitabxanaların bərpasını, yeni kitabxanaların yaradılmasını, rayonlarda ixtisaslı kadrların olması məqsədilə kitabxanaçılıq fakültəsinə qəbulun artırılmasını bu qayğının təzahürü kimi ifadə edib. O, 1970-ci ildə respublikamızda 7.9 milyon nüsxə kitab fonduna malik olan məktəb kitabxanalarının fondunun artaraq 25.2 milyon nüsxəyə çatdığını vurğulayıb.
“Həmin illərdə Azərbaycan Elmlər Akademiyasının fəaliyyətində də böyük dəyişikliklər baş vermiş və bu dəyişiklik Akademiya kitabxanasının işində də özünü göstərmişdir. Akademiya kitabxanası keçmiş SSRİ məkanında ilk dəfə mərkəzləşdirməyə nail olmuşdur. Eləcə də, Ümummilli Liderin təşəbbüsü ilə 1973-cü ildə M.F.Axundov adına Milli Kitabxananın 50 illik yubileyinin keçirilməsi də Heydər Əliyev fenomeninin kitabxana işinə qayğısının yüksək göstəricisi idi”, - deyə direktor sözlərinə əlavə edib.
MEK rəhbəri Ulu Öndərin hakimiyyətə ikinci dəfə gəlişindən sonra, müstəqil Azərbaycanda kitabxana quruculuğunda mühüm rol oynayan uğurlu addımlar atdığını, “Özəlləşdirməyə münasibətdə dövlət mülkiyyət obyektləri”nin siyahısında kitabxanaların özəlləşdirməyə qadağan olunmuş obyektlər qrupuna aid edildiyini, 1998-ci ildə Azərbaycan kitabxana tarixində dönüş mərhələsi kimi dəyərləndirilən “Kitabxana işi haqqında” Qanunun qəbul olunduğunu söyləyib.
Lektoriyada, həmçinin AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun şöbə müdiri fəlsəfə elmləri doktoru Füzuli Qurbanovun Ulu Öndər Heydər Əliyevin siyasi irsi, Azərbaycançılıq fəlsəfəsi, milli düşüncəli insanları qoruması haqqında real faktlarla geniş məruzəsi dinlənilib.
Sonda Ulu Öndərin həyat və fəaliyyətini, zəngin siyasi irsini özündə əks etdirən nəşrlərdən ibarət sərgiyə baxış keçirilib.
ri Ulu Öndərin hakimiyyətə ikinci dəfə gəlişindən sonra, müstəqil Azərbaycanda kitabxana quruculuğunda mühüm rol oynayan uğurlu addımlar atdığını, “Özəlləşdirməyə münasibətdə dövlət mülkiyyət obyektləri”nin siyahısında kitabxanaların özəlləşdirməyə qadağan olunmuş obyektlər qrupuna aid edildiyini, 1998-ci ildə Azərbaycan kitabxana tarixində dönüş mərhələsi kimi dəyərləndirilən “Kitabxana işi haqqında” Qanunun qəbul olunduğunu söyləyib.
Lektoriyada, həmçinin AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun şöbə müdiri fəlsəfə elmləri doktoru Füzuli Qurbanovun Ulu Öndər Heydər Əliyevin siyasi irsi, Azərbaycançılıq fəlsəfəsi, milli düşüncəli insanları qoruması haqqında real faktlarla geniş məruzəsi dinlənilib.
Sonda Ulu Öndərin həyat və fəaliyyətini, zəngin siyasi irsini özündə əks etdirən nəşrlərdən ibarət sərgiyə baxış keçirilib.