MEK

"MEK-in şöbə müdiri “Mədəniyyətdə Marketinq” adlı layihədə iştirak edib"

0000-00-00

AMEA Mərkəzi Elmi Kitabxanasının İnnovativ layihələr və metodiki təminat şöbəsinin müdiri Səyyarə Məmmədova Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi və Qlobal Sahibkarlıq Şəbəkəsi Azərbaycan İctimai Birliyinin (GEN Azerbaijan) təşkilatçılığı ilə baş tutan “Mədəniyyətdə Marketinq” adlı layihədə iştirak edib.

Layihənin keçirilməsində əsas məqsəd mədəniyyət və marketinqin kəsişməsində yaradıcı həllərin və yenilikçi yanaşmaların müzakirəsi olub.

İştirakçılar, seçilmiş altı mədəniyyət müəssisəsi üçün marketinq planları hazırlayaraq öz strateji yanaşmalarını və innovativ ideyalarını təqdim ediblər. Seçilmiş mədəniyyət müəssisələri sırasında AMEA-nın Mərkəzi Elmi Kitabxanası da yer alıb.

Layihə iştirakçıları qrup şəklində müəssisələr üçün ən uyğun marketinq metodlarını və yaradıcı strategiyalarını nümayiş etdirərək, hər bir strategiyanın təfərrüatları, tətbiq metodları və gözlənilən nəticələrini nəzərə çatdırıblar.

 

 

  • Paylaş: