MEK

"MEK-də İraq-türkman folkloru və ədəbiyyatının inciləri nümayiş edilir"

0000-00-00

Mayın 22-də Mərkəzi Elmi Kitabxanada AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu, Folklor İnstitutu və Kərkük Kültür Dərnəyinin birgə təşkilatçılığı ilə görkəmli tədqiqatçı Əta Tərzibaşının anadan olmasının 100 illik yubileyinə həsr edilmiş “İraq-türkman folkloru və ədəbiyyatı” mövzusunda beynəlxalq elmi konfrans işə başlayıb. Konfrans çərçivəsində MEK-in fondlarındakı İraq-Türkman ədəbiyyatının parlaq nümayəndələrinin əsərlərindən ibarət sərgi təşkil edilib. Sərgidə Kərküklü yazıçılar Kamal Bəyatlının “Kərkük səni yazdım”, Pakizə Süleymanın “Bir sabahın dalınca” şeirləri, Nejdət Koçağın “Türkman məfkurəsi”, Xıdır Lütfinin “Kərkük xoyratlarının şərhi”, Mahmut Kasapoğlunun “Usta Fəttah Kəhrizçi dastanı” və digərlərin əsərləri sərgilənir. Kitabların sırasında İraq-türkman alimi, Kərkük mədəniyyət dərnəyinin rəhbəri, publisist, yazıçı Şəmsəddin Kuzəçinin “Kərkükdən səsləniş”, “Kərkükün milli yazıçısı Əta Tərzibaşı. Həyatı və əsərləri”, “Azərbaycan məqalələrim”, “Kərkük şairləri”, “Azərbaycan sevdalısı” kitabları, həmçinin İraq-türkman elmi-ədəbi mühiti, tarixi, dili, etnoqrafiyası və folklorundan bəhs edən “İraq bizə iraq deyil”, “Portretlər”, “Kərkük folkloru antologiyası”, “Türkməneli ədəbiyyatı”, “Bağdatkatı”, “Kərkük uşaq folkloru”, “Azərbaycan folkoru antologiyası. İraq-Türkman folkloru” II cildi, “Azərbaycan folkloru antologiyası. Iraq-Türkman cildi”, o cümlədən “Dədə Qorqud Əta Tərzibaşı - 100” xüsusi buraxılışı nümayiş edilir.

 

 

  • Paylaş: