"MEK tərəfindən Quba Regional Elmi Mərkəzinin Kitabxanasına nəşrlər təqdim edilib"
0000-00-00
Quba Regional Elmi Mərkəzinin Kitabxanasının açılışında iştirak etmək üçün AMEA-nın prezidenti akademik İsa Həbbibəyli, Mərkəzi Elmi Kitabxananın (MEK) direktoru texnika üzrə fəlsəfə doktoru, dosent Hüseyn Hüseynov Qubada səfərdə olub. Səfər çərçivəsində MEK tərəfindən Mərkəzin kitabxanasının ilkin bazasının formalaşdırılması məqsədilə dəyərli kitablar təqdim edilib. Nəşrlər sırasında “Zəfər yolu: Qarabağ savaşından Şuşa Bəyannaməsinədək”, "Zərifə xanım Əliyeva", "Nizami Gəncəvi", “Kitabi - Dədə Qorqud” yazılı epos və ya epopeya (İ.Həbibbəyli), "Heydər Əliyev-xalqa həsr olunmuş ömür", "İrəvan quberniyasında azərbaycanlıların soyqırımı (1918-1920)" (N.Mustafa), "Quba qəzasında Azərbaycan xalqına qarşı soyqırımı", "Bakıda Azərbaycan xalqına qarşı 1918-ci il mart soyqırımı" (V.Abışov), "Zəngəzurda Azərbaycan xalqına qarşı soyqırımı (1918-1920)" (K.İsmayılov), "Real tarix" (Y.Mahmudov), “Naxçıvan xanlığı”, “İrəvan xanlığı” (F.Əliyev), "Qədim Şərq tarixi" (Y.Yusifov), “Azərbaycan miniatürləri” adlı kitablar, həmçinin MEK tərəfindən ərsəyə gələn “Görkəmli dövlət xadimi Heydər Əliyev”, “Qırx dörd günün salnaməsi: Vətən müharibəsi” adlı biblioqrafik göstəricilər də yer alıb. AMEA prezidenti akademik İsa Həbibbəyli MEK-in direktoru texnika elmləri üzrə fəlsəfə doktoru, dosent Hüseyn Hüseynova Quba Regional Elmi Mərkəzinin Kitabxanasının zəruri kitab, monoqrafiya, jurnal və digər elmi informasiya vasitələrilə təmin edilməsi ilə bağlı tapşırıqlar verib. MEK-in direktoru bundan sonra da kitabxana ilə əlaqələrin daha sıx qurulacağını, zəruri addımların atılacağını vurğulayıb.