MEK

"AMEA MEK-in direktoru dosent Hüseyn Hüseynov Bakı Dövlət Universitetində keçirilən konfransda iştirak edib"

0000-00-00

Bakı Dövlət Universitetində İnformasiya və sənəd menecmenti fakültəsinin təşkilatçılığı ilə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş "Elektron kataloq-yüksək informasiya texnologiyalarının nəticəsi kimi" mövzusunda tələbələrin IV respublika konfransı keçirilib. Konfransın açılış mərasimində çıxış edən Azərbaycan Milli Elmlər Akademiyası Mərkəzi Elmi Kitabxanasının direktoru texnika elmləri üzrə fəlsəfə doktoru, dosent Hüseyn Hüseynov kitabxana-informasiya sahəsində əsas element olan elektron kataloqların müasir vəziyyətinin və perspektivlərinin araşdırılması baxımından bu tipli elmi tədbirlərin əhəmiyyətindən danışıb. Həmçinin direktor konfransın işinə uğurlar arzulayıb. Respublika konfransında Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Ədliyyə Nazirliyi və Dövlət Gömrük Komitəsi Akademiyalarının kitabxanalarının fəaliyyəti barədə tələbələrin komanda şəklində ədəbi-bədii kompozisiya formasında hazırladıqları çıxışları nümayiş olunub. Sonda komandaların çıxışları AMEA MEK-in direktor müavini tarix üzrə fəlsəfə doktoru Oruc Quliyevin də daxil olduğu münsiflər heyəti tərəfindən qiymətləndirilərək, qaliblərə mükafatlar təqdim edilib.

 

 

  • Paylaş: