"MEK əməkdaşları beynəlxalq elmi-praktik konfransa qatılıblar"
0000-00-00
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Mərkəzi Elmi Kitabxanasının (MEK) baş biblioqrafı, dosent Şəhla Tahirqızı və Komplektləşdirmə şöbəsinin rəhbəri Gülnar Məmmədova Rusiya Dövlət Kitabxanasında keçirilən “Rumyantsev oxuları - 2024” adlı beynəlxalq elmi-praktik konfransda onlayn iştirak ediblər. Bir sıra xarici kitabxanaların, arxivlərin, muzeylərin, universitetlərin, elmi-tədqiqat institutlarının, nəşriyyatların mütəxəssislərinin, dövlət qurumlarının və ictimai təşkilatların nümayəndələrinin də qatıldığı tədbirdə MEK əməkdaşları “Miniatür kitab AMEA Mərkəzi Elmi Kitabxanasının nadir və qiymətli inciləri kimi” adlı məruzə ilə çıxış ediblər. Qeyd edək ki, 23-25 aprel tarixlərində baş tutan konfransda kitabxanaşünaslığın nəzəriyyəsi və təcrübəsi, biblioqrafiya elmi, kitabxana fəaliyyətinin aktual sahələrinə dair geniş spektrli məsələlərə baxılıb. Həmçinin konfransda dünya mədəni irsinin qorunub saxlanılması və öyrənilməsi məsələləri, o cümlədən müasir tarixi mərhələdə kitabxanaların fəaliyyət problemlərinə diqqəti cəlb etmək, mədəni irsin perspektivli yollarını axtarmaq, mədəniyyət, təhsil, elm müəssisələri arasında qarşılıqlı əlaqənin və əməkdaşlığın inkişafı, genişləndirilməsi məsələləri müzakirə edilib.