MEK

"Mərkəzi Elmi Kitabxanada Novruz bayramı qeyd olunub"

0000-00-00

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasında (MEK) xalqımızın mədəniyyətini, milli-mənəvi dəyərlərini, bolluğu, bərəkəti və xeyirxahlığı təcəssüm etdirən Novruz bayramı qeyd olunub. MEK-in direktoru, professor Məmməd Əliyev kitabxana kollektivini təbrik edərək, Novruz bayramının tarixi haqqında ətraflı danışıb. M.Əliyev sovet ideyalogiyasının unutdurmağa çalışdığı mənəvi irsin zənginliklərinin Ulu Öndər Heydər Əliyev tərəfindən qorunduğunu, onun ölkəmizə rəhbərliyinin birinci dövründə bu milli bayramın daha kütləvi və təmtəraqla qeyd edildiyini nəzərə çatdırıb. “Prezident İlham Əliyevin rəhbərliyi ilə şanlı qələbə qazandığımız Vətən müharibəsindən sonra xalqımız Novruz bayramını daha coşqu ilə qeyd edir. Bu il ölkə başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyev Xankəndi şəhərində Novruz tonqalını alovlandırdı. Bu qürurlu anları bizə yaşadanlara ömür boyu minnətdarıq!”, - deyə direktor vurğulayıb. Sonra MEK-in ictimai həyatında fəal iştirakları ilə seçilən bir qrup əməkdaşa təşəkkür elan olunub.

 

 

  • Paylaş: