MEK

"Sankt-Peterburq Dövlət Universitetinin prorektoru MEK-də olub"

0000-00-00

Bakıda səfərdə olan Rusiyanın Sankt-Peterburq Dövlət Universitetinin Beynəlxalq əlaqələr üzrə prorektoru Sergey Andryuşin Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasında (MEK) olub. MEK rəhbərliyi kitabxananın tarixi, fondu, beynəlxalq əlaqələri, həyata keçirilən layihələr haqqında qonağa ətraflı məlumat verib. Görüş zamanı Mərkəzi Elmi Kitabxana ilə Rusiyanın bir sıra kitabxanaları arasında əməkdaşlıq memorandumunun imzalanması və beynəlxalq kitab mübadiləsindən də söz açılıb. Xarici qonaq kitabxananın Qarabağ müharibəsi qəhrəmanları fondu, Nadir kitablar və qiymətli nəşrlər fondu, oxu zalı, e-kataloqu ilə yaxından tanış olub, Diplomatik fondda müxtəlif ölkələrin səfirlikləri və diplomatik qurumları, o cümlədən Rusiya tərəfindən hədiyyə olunan nəşrlərdən ibarət daimi guşələrə baxıb. Sergey Andryuşin Mərkəzi Elmi Kitabxana ilə tanışlıqdan məmnunluğunu ifadə edib.

 

 

  • Paylaş: