MEK

"Hüquq elmləri doktoru, professor Namiq Əliyevin kitabları MEK-də"

0000-00-00

Fövqəladə və səlahiyyətli səfir, 2-ci dərəcə dövlət müşaviri, hüquq elmləri doktoru, professor Namiq Əliyev müəllifi olduğu kitabları Azərbaycan Milli Elmlər Akademiyası Mərkəzi Elmi Kitabxanasına təqdim edib. Nəşrlərin sırasında “Beynəlxalq insan hüquqları hüququ: doktrinanın tənqidi icmalı” (“Международное право прав человека: критический обзор доктрины”), "Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin bərpası. Hüquqi aspektlər" (“Восстановление территориальной целостности и суверенитета Азербайджана: правовые аспекты”) kitabları, o cümlədən professor N.Əliyevin elmi redaktəsi ilə nəşr olunan “Beynəlxalq münaqişələr və sülh prosesi”, “Beynəlxalq münaqişələr və təhlükəsizlik problemləri” məqalələr toplusu, məqalələrinin dərc olunduğu “Low and Politology” adlı beynəlxalq elmi jurnal da var. Təqdim olunan nəşrlərdə Ermənistanın Azərbaycana qarşı ərazi iddialarının aşkar hüquqi uyğunsuzluğu sübuta yetirilir. Kitablarda, həmçinin 44 günlük müharibənin nəticəsində Azərbaycanın ərazi bütövlüyündən, 2023-cü ilin sentyabrında antiterror tədbirləri və tam suverenliyin bərpa edilməsindən sonra yaranan bəzi hüquqi məsələlərə də baxılır. Nəşrlər beynəlxalq münasibətlər ixtisası üzrə təhsil alan doktorantlara, magistr və tələbələrə, o cümlədən bu mövzularla maraqlananlara faydalı olacaqdır.

 

 

  • Paylaş: