MEK

"MEK-də 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə tədbir keçirilib"

0000-00-00

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasında 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə tədbir keçirilib. MEK-in direktoru, professor Məmməd Əliyev bu gün münasibətilə kitabxana kollektivini təbrik edib. Ulu Öndər Heydər Əliyev tərəfindən təsis olunan Həmrəylik Gününün xalqımız üçün önəmli günlərdən biri olduğunu diqqətə çatdıran direktor bu günün tarixindən, dünya azərbaycanlılarının birliyindən bəhs edib, məhz 44 günlük Vətən müharibəsində də həmrəylimizi dünyaya bir daha layiqincə bəyan etdiyimizi qeyd edib. “Həmrəylik günü milli birlik, Azərbaycana məhəbbət, Vətənə bağlılıq hisslərini özündə təcəssüm etdir. Artıq üç ildir ki, həmin gün tamamilə fərqli, daha yüksək əhval-ruhiyyə ilə qarşılanır. Çünki torpaqlarımızın işğaldan azad olunması həm də milli həmrəylimizin təntənəsi, xalqımızın öz rəhbəri ətrafında sıx birləşməsinin mükəmməl nümunəsi oldu”. Çıxışı zamanı professor Məmməd Əliyev Akademiyanın prezidenti, akademik İsa Həbibbəylinin təbrikini kitabxananın kollektivinə çatdıraraq, onlara möhkəm can sağlığı, xoş günlər və ölkənin, eləcə də MEK-in tərəqqisi naminə fəaliyyətlərində yeni-yeni uğurlar arzu edib. Məmməd Əliyev yola saldığımız ilin kitabxananın fəaliyyəti ilə bağlı da yaddaqalan olduğunu bildirərək, MEK-in il ərzindəki əldə etdiyi nailiyyətlərdən da ətraflı bəhs edib. Tədbir müddəti MEK əməkdaşı Elmira Tarverdiyeva 60 illik yubileyi münasibətilə təltif edilib.

 

 

  • Paylaş: