«KİTABXANA İŞİ HAQQINDA» Azərbaycan Respublikasının Qanunu Bu Qanun Azərbaycan Respublikasında kitabxana işi sa-həsində dövlət siyasətinin əsas prinsiplərini, kitabxana işi-nin və kitabxana sisteminin ümumi əsaslarını, kitabxana fondlarının formalaşdırılması və mühafizəsi tələblərini, kitabxanaların maliyyələşdirilmə mənbələrini, kitabxana-lardan istifadə sahəsində vətəndaşların hüquq və vəzifə-lərini, kitabxana işi sahəsində beynəlxalq əməkdaşlığın prinsiplərini müəyyən edir. I FƏSİL Ümumi Müddəalar Maddə 1. Əsas anlayışlar Bu Qanunda istifadə edilən anlayışlar aşağıdakı mənaları ifadə edir: Kitabxana – elm, informasiya, mədəniyyət, təhsil və tər-biyə müəssisəsi kimi çap əsərlərini və digər informasiya daşıyıcılarını toplayıb mühafizə edən, onların sistemli ic-timai istifadəsini təşkil edən, cəmiyyətin intellektual və mənəvi potensialının inkişafına xidmət göstərən sosial institut; kitabxana işi – elm, informasiya, mədəniyyət, təhsil və tərbiyə fəaliyyəti sahəsi kimi kitabxana sisteminin təşkili və inkişafını, kitabxana fondlarının formalaşdırılmasını, hüquqi və fiziki şəxslərə kitabxana, informasiya və bibli-oqrafiya xidməti qaydalarını, kitabxanaçı-biblioqraf kadr-ların hazırlanmasını, kitabxanaların inkişafının elmi-me-todik təminatını əhatə edən fəaliyyət sahəsi; kitabxanaçı – kitabxana işi sahəsində fəaliyyət göstərən müvafiq ixtisaslı mütəxəssis; sənəd – informasiyanın mətn, səsyazma və təsvir forma-sında qeydə alınan, müəyyən zaman və məkan daxilində informasiyanın verilməsi və ya qorunması məqsədini da-şıyan maddi obyekt; kitabxana fəaliyyəti – oxucuların sərbəst surətdə infor-masiya almaq hüququnu təmin etmək, onların kitablara, dövri nəşrlərə və kitabxana fondunu təşkil edən digər sə-nədlərə olan tələbatını ödəmək məqsədilə həyata keçirilən fəaliyyət; mərkəzləşdirilmiş kitabxana sistemləri – eyni sistemə aid olan kitabxanaların vahid strukturda Könüllü birləş-məsi; kitabxana fondu – ictimai istifadə məqsədilə kitabxana-nın vəzifələrinə uyğun şəkildə formalaşmış çap əsərləri və digər məlumat daşıyıcılarının məcmusu. Maddə 2.Kitabxana işi sahəsində Azərbaycan Res-publikasının qanunvericiliyi Kitabxana işi sahəsində Azərbaycan Respublikasının qa-nunvericiliyi bu Qanundan, Azərbaycan Respublikasının digər müvafiq qanunvericilik aktlarından və Azərbaycan Respublikasının tərəfdar çıxdığı dövlətlərarası müqavi-lələrdən ibarətdir. Azərbaycan Respublikasının tərəfdar çıxdığı dövlətlərarası müqavilələrlə bu Qanun arasında ziddiyyət yaranarsa, həmin beynəlxalq müqavilələr tətbiq edilir. Maddə 3. Kitabxana işi sahəsində dövlət siyasətinin əsas prinsipləri və dövlətin vəzifələri Kitabxana işi sahəsində dövlət siyasətinin əsas prinsipləri aşağıdakılardır: kitabxanalarda mühafizə olunan mədəni sərvətlərdən və informasiya vasitələrindən istifadənin hamı üçün acıq olması; milli sərvət olan kitabxanalara dövlət qayğısı, onların fondlarının toxunulmazlığı və üstün maliyyələşdirilməsi. Kitabxana işi sahəsində dövlətin vəzifələri aşağıdakılardır: kitabxana işinin inkişafına dair Dövlət Proqramının hazırlanması və həyata keçirilməsi; kitabxana fəaliyyətini tənzimləyən qanunvericilik aktlarının qəbul və tətbiq edilməsi; kitabxana işinin avtomatlaşdırılması və kitabxana fondlarının tədricən müasir informasiya daşıyıcılarına köçürülməsi, elektron mübadilə sistemlərindən (internetdən və s.) istifadə və milli fondların həmin sistemlərdə əks olunması; milli və dünya mədəniyyəti sərvətlərinə yiyələnməyə yönəldilən informasiya sisteminin yaradılması; dövlət kitabxana fondlarının mühafizəsi və inkişafı, dövlət kitabxanalarının milli və xarici ədəbiyyatla ardıcıl təchizatı sisteminin yaradılması; xarici ölkə kitabxanalarında saxlanılan milli sərvət hesab olunan nadir kitabların və əlyazmaların (imkan olmadıqda surətlərinin) Azərbaycan Respublikasına qaytarılmasının təmin olunması; dövlət kitabxana binalarının tikilməsi, əsaslı təmiri, dövlət kitabxanalarının müasir avadanlıq və texniki vasitələrlə təchiz edilməsi; kitabxana işinə dair elmi tədqiqatların və metodik tədbirlərin həyata keçirilməsinə köməklik göstərilməsi; kitabxana kadrları hazırlayan və ya onların ixtisasının artırılmasını həyata keçirən təhsil müəssisələrinin yaradılması və fəaliyyətinin təşkili; təbii fəlakət, silahlı münaqişə və müharibə zamanı kitabxana fondlarının mühafizəsinin təmin olunması; qeyri-dövlət kitabxanalarının inkişafına şərait yaradılması; kitabxana işinə dair dövlət standartlarının müəyyən olunması; kitabxana fondlarının statistik uçotunun aparılması; Maddə 4. Kitabxana fəaliyyətinin əsas istiqamətləri Kitabxana fəaliyyətinin əsas istiqamətləri sənəd-informa-siya fondlarının formalaşmasından, mühafizəsindən və bu materialların hüquqi və fiziki şəxslərə istifadəyə verilməsindən, kitabxanalarda toplanıb saxlanılan informasiya vasitələrinin mübadiləsinə imkan verən vahid informasiya məkanının yaradılmasından ibarətdir