“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində ağacəkmə aksiyası keçirilib

22-04-24

“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində YAP Yasamal Rayon Təşkilatı, “K.Kazımzadə 100a” (AR Ekologiya və Təbii Sərvətlər Nazirliyi) ərazi partiya təşkilatı və Yasamal Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə ağacəkmə aksiyası keçirilib. Aksiyada YAP Yasamal rayon təşkilatının rəhbərliyi və əməkdaşları, Ekologiya və Təbii Sərvətlər nazirinin müavinləri, Yasamal Rayon İcra Hakimiyyəti başçısının müavini, YAP Yasamal rayon ərazi partiya təşkilatlarının sədr və müavinləri, partiya fəalları və gənclər iştirak ediblər. Hüseyn Cavid prospekti 129-cu məhəllədə yerləşən AMEA Mərkəzi Elmi Kitabxana üzrə ərazi partiya təşkilatının sədri, MEK-in direktoru texnika elmləri üzrə fəlsəfə doktoru, dosent Hüseyn Hüseynov da sözügedən aksiyada fəal iştirak edib. Ağacəkmə aksiyasının keçirilməsində məqsəd yaşıllıqların artırılmasına, ekoloji tarazlığın qorunmasına və ətraf mühitin sağlamlaşdırılmasına töhfə verməkdir. Qeyd edək ki, aksiya çərçivəsində 150 nəfərin iştirakı ilə 1000-ə yaxın ağac əkilib.