Xarici alimlər Mərkəzi Elmi Kitabxanada olublar

15-03-24

Bakı Su Həftəsi sərgisi və beynəlxalq konfransı çərçivəsində ölkəmizdə olan YUNESKO-nun Beynəlxalq Hidroloji Proqram üzrə Serbiya Respublikasının Milli Komissiyasının sədri, Belqrad universitetinin professoru Yovan Despotoviç, Gürcüstan Milli Elmlər Akademiyasının Təbii fəlakətlər üzrə elmi problemlərin tədqiqi komissiyasının sədri, professor Qivi Qavardaşvili, “Azərsu” ASC Mərkəzi laboratoriyasının müdiri Elçin Əliyev AMEA Mərkəzi Elmi Kitabxanası ilə yaxından tanış olublar. MEK-in direktoru professor Məmməd Əliyev qonaqlara kitabxananın fəaliyyəti, beynəlxalq münasibətləri haqqında ətraflı məlumat verib. Tanışlıq zamanı onlar Azərbaycan kitabxana sistemində ilk olan Qarabağ müharibəsi qəhrəmanları, həmçinin Nadir kitablar və qiymətli nəşrlər fondlarında olublar. Burada qorunan müxtəlif elm sahələrinə aid xaricidilli, o cümlədən Azərbaycan dövlətçiliyinə, Vətən müharibəsinə və şəhidlərə həsr olunan dəyərli nəşrlər qonaqların xüsusi diqqətini cəlb edib. Görüş zamanı qonaqlara MEK tərəfindən nəşrlər hədiyyə olunub. Qarşı tərəfdən isə, professor Givi Qavardaşvili müəllifi olduğu kitabları MEK-ə təqdim edib.