VIII Bakı Beynəlxalq Kitab Sərgisi davam edir!

10-10-22

Bugünkü ziyarətçilərimizdən İtaliyadan olan tələbə, politoloq İlyas Hüseynov, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin Azİİ e-Kitab Evinin direktoru, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası kitabxanasının əməkdaşı, Araz Tv- nin əməkdaşı, tələbələr MEK-in stendindəki nəşrlərlə maraqlanıblar. Əməkdaşlarımız tərəfindən onlara hər biri haqqında ətraflı məlumat verilib. Ən çox maraq görən nəşrlər hədiyyə olaraq təqdim edilib. Hədiyyə verilən nəşrlərin sırasında Y.Mahmudovun "Real history and confabulation on "Great Armenia"", MEK-in "2021-ci ildə AMEA Mərkəzi Elmi Kitabxananın fondlarına daxil olmuş ədəbiyyatların biblioqrafik göstəricisi" və "Qırx dörd günün salnaməsi. Vətən müharibəsi" biblioqrafik göstəriciləri, C.Əliyev və B.Budaqovun "Les turcs et les arméniens. Le génocide de la vérite historique", S.Vəliyevin "Тайны Баку", A.M.Topçubaşinin "Парижский архив.Книга вторая. 1921-1923" kitabları var. Qeyd edək ki, MEK VIII Bakı Beynəlxalq Kitab Sərgisindəki iştirakına görə bu gün sertifikatla təltif olunub.