Universitet tələbələri MEK-də istehsalat təcrübəsinə başlayıblar

23-02-23

AMEA Mərkəzi Elmi Kitabxanasında (MEK) tələbələr istehsalat təcrübəsinə başlayıblar. ADU-nun Filologiya, Beynəlxalq münasibətlər və Regionşünaslıq, BDU-nun İnformasiya və sənəd menecmenti, Azərbaycan Universitetinin “Mühasibat uçotu və audit” və “Maliyyə” fakültələrinin 2022-2023-cü tədris ilində bakalavriat pilləsinin sonuncu kursunda təhsil alan 35 tələbə burada istehsalat təcrübəsi keçəcək. Təcrübə müddətində tələbələr ixtisas istiqamətləri üzrə biliklərini təkmilləşdirmək, biblioqrafik sorğuları cavablandırılmaq, İRBİS 64 AKİS proqramına ədəbiyyat nümunələri daxil etmək, kitabxana əməkdaşları ilə fikir mübadiləsi aparmaq, elmi məsləhətlər almaq imkanı əldə edəcəklər.