Şəhid ailə üzvləri MEK-də olub

20-09-23

II Qarabağ müharibəsi zamanı Cəbrayıl-Füzuli istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuş Səyavuş Kəlbalıyevin ailə üzvləri AMEA Mərkəzi Elmi Kitabxanasının Qarabağ müharibəsi qəhrəmanları fondunda olublar. Fondla tanışlıq zamanı qonaqlara burada mühafizə edilən sənədlər, qəhrəman şəhidlərimiz haqqında yazılmış və onların özlərinin yazdıqları kitablar, fotoşəkillər, eləcə də hər bir guşə haqqında ayrıca məlumat verilib. MEK adından şəhidin övladına dəyərli kitab təqdim edilib. Onu da xatırladaq ki, fondun əməkdaşları tərəfindən I və II Qarabağ müharibəsi, Aprel və Tovuz döyüşləri qəhrəmanlarının ailələri ilə mütəmadi əlaqə yaradılır, görüşlər təşkil edilir, onlar haqqında yazılmış kitablar, məlumatlar, video materiallar, fotoşəkillər sistemli şəkildə toplanılır.