Mərkəzi Elmi Kitabxananın “İnformasiya bülleteni”nin ikinci nömrəsi çapdan çıxıb

05-10-23

AMEA-nın Mərkəzi Elmi Kitabxanası tərəfindən nəşr edilən bülletenin bu sayında “Heydər Əliyevə həsr olunmuş biblioqrafik mənbələr”, “Heydər Əliyevin hakimiyyəti illərində Mərkəzi Elmi Kitabxana” adlı məqalələr, Ümummilli Liderin həyat və fəaliyyətini özündə əks etdirən çoxsaylı kitablar, biblioqrafik məlumatlar yer alıb. Bülletendə əks olunan sənədlər müxtəlif dillərdə və elm sahələri üzrə qruplaşdırılıb, əlifba sırası ilə düzülüb. MEK-də keçirilən tədbirlər də “İnformasiya bülleteni”nə əlavə olunub. Qeyd edək ki, “İnformasiya bülleteni” AMEA-nın prezidenti, akademik İsa Həbibbəylinin təşəbbüsü ilə 2023-cü ildən nəşrə başlayıb və ildə 4 sayı nəzərdə tutulur.