Mərkəzi Elmi Kitabxananın “İnformasiya bülleteni”nin dördüncü sayı işıq üzü görüb

16-02-24

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasının (MEK) “İnformasiya bülleteni”nin dördüncü sayı çapdan çıxıb. “İnformasiya bülleteni”nin bu nömrəsi AMEA-nın prezidenti, akademik İsa Həbibbəylinin “Akademiyanın qurucu prezidenti” adlı məqaləsi ilə başlayır. Məqalə Akademiyanın ilk prezidenti olan Mirəsədulla Mirqasımovun keşməkeşli, məsuliyyətli və şərəfli ömür yolundan bəhs edir. Bülletendə, həmçinin 2023-cü ilin IV rübündə MEK-in fondlarına daxil olan sənədlər, ardı davam edən nəşrlər, avtoreferat və dissertasiyaların biblioqrafik siyahısı verilib. Eləcə də bülletendə 2023-cü ildə Mərkəzi Elmi Kitabxanada hazırlanaraq nəşr olunan kitabların fotokollajı və burada keçirilən tədbirlər öz əksini tapıb. Qeyd edək ki, nəşrin elmi redaktoru MEK-in direktoru, professor Məmməd Əliyev, buraxılışa məsul şəxs direktor müavini, dosent Şəhla Tahirqızıdır.