Mərkəzi Elmi Kitabxananın baş direktoru professor Məmməd Əliyev təltif edilib

17-11-22

Noyabrın 16-da Yeni Azərbaycan Partiyası (YAP) Yasamal rayon təşkilatı partiyanın təsis edilməsinin 30-cu ildönümü münasibətilə tədbir keçirib. YAP İdarə Heyətinin üzvlərinin, Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənovun, Vətən müharibəsi şəhidlərinin ailə üzvlərinin, eləcə də elm xadimlərinin iştirak etdiyi tədbirdə Yeni Azərbaycan Partiyasının 30 illik fəaliyyətindən bəhs edən çıxışlar dinlənilib. Daha sonra tədbir bədii hissə ilə davam etdirilib. Tədbirdə rayon təşkilatının ictimai-siyasi həyatında fəal iştirak edən partiya üzvlərinə fəxri fərmanlar, təşəkkürnamələr təqdim edilib. AMEA-nın Mərkəzi Elmi Kitabxanasının baş direktoru professor Məmməd Əliyev də YAP-ın yaradılmasının 30 illiyi münasibətilə və rayonun istimai-siyasi həyatında səmərəli fəaliyyətinə görə Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov tərəfindən fəxri fərmanla təltif olunub. Onu da qeyd edək ki, noyabrın 14-də AMEA-nın Rəyasət Heyətində Yeni Azərbaycan Partiyasının yaradılmasının 30 illiyinə həsr edilmiş tədbirdə YAP sıralarına yeni qoşulmuş daha bir qrup MEK əməkdaşlarına - Nisə Məmmədova, Mədinə Hüseynova, Ziyarət Atamoğlanova və Gülağa Cahangirova üzvlük vəsiqələri təqdim olunub.