Mərkəzi Elmi Kitabxana Aziz Kliment Ohrili Milli Kitabaxanasına kitablar hədiyyə edib

25-04-22

Beynəlxalq əlaqələrin inkişaf etdirilməsi məqsədilə davamlı olaraq xarici ölkə kitabxanaları ilə kitab mübadiləsi həyata keçirən Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanası (MEK) tərəfindən Skopya şəhəri Aziz Kliment Ohrili Milli Kitabxanasının balansına müxtəlif nəşrlər hədiyyə edilib. Nəşrlər Azərbaycanda səfərdə olan Şimali Makedoniyanın sabiq naziri, Makedoniya Türk Hərəkat Partiyasının sədr müavini, TAİB-in İdarə Heyətinin üzvü Elvin Hasan və Şimali Makedoniyanın Siyasi Quruluş və İcmalararası Əlaqələr nazirinin müavini Cabir Dokoya təqdim edilib. Kitablar sırasında “History of Azerbaijan”(D.İsmailov) (Azərbaycan tarixi), “NON-Muslim minorities in Azerbaijan”(R.Gurbanov) (Azərbaycanda qeyri-müsəlman azlıqlar), “Turkic toponyms of Eurasia”(B.Budagov) (Avrasiyanın türk toponimləri), “The translation and explanation of Hussein Javids “Topal Teymur” play”(M.Babaeva) (Hüseyn Cavidin “Topal Teymur” tamaşasının tərcüməsi və izahı) və digər nəşrlər yer alır. Müxtəlif elm sahələrini əhatə edən sözügedən nəşrlər kitabxanaya diaspor üzrə araşdırmaçı-ekspert Elnur Eltürk tərəfindən təqdim edilib. İctimaiyyətlə əlaqələr və informasiya şöbəsi [email protected] (012) 539-73-67 ( daxili 14-14)