MEK Xocalı soyqırımının 32-ci ildönümünə həsr etdiyi virtual sərgini təqdim edir

26-02-24

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanası (MEK) Xocalı soyqırımının 32-ci ildönümünə həsr etdiyi virtual sərgini (https://heyzine.com/flip-book/41234dd144.html) təqdim edir. MEK-in fondlarındakı nəşrlər əsasında hazırlanan sərgidə Xocalı soyqırımının dəhşətli və faciəli səhifələrini əks etdirən fotoşəkillər, müxtəlif dillərdə kitab və jurnallar nümayiş etdirilir. Burada “Xocalıya ədalət!”, “Xocalı soyqırımı”, “Azərbaycan faciələrinin təqvimi”, “Xocalı şahidləri danışır”, “Azərbaycanlıların soyqırımı. Tarixin qanlı salnaməsi”, “Soyqırımı tarixinin dastanı”, “Xocalı ensiklopediyası”, “Xocalı şəhidləri 613”, “XX əsrdə türk-müsəlman xalqlarına qarşı soyqırımları” IV beynəlxalq elmi konfransın materialları və digərləri yer alıb. Qeyd edək ki, oxucular virtualla yanaşı, MEK-də təşkil olunmuş ənənəvi sərgi ilə də yaxından tanış ola bilərlər.