MEK Xocalı soyqırımına həsr olunmuş virtual sərgini təqdim edir

27-02-23

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanası (MEK) Xocalı soyqırımının 31-ci ildönümünə həsr olunmuş virtual sərgini təqdim edir. MEK-in fondlarındakı nəşrlər əsasında hazırlanan virtual sərgidə “Xocalı soyqırımı şahidlərin dilindən”, “Xocalı yaddaşı”, “Erməni terroru” (üç dildə), “Xocalı qırğını”, “Xocalı. Unutmadıq, unutmarıq!”, “Турки, Азербайджанцы, Армяне. Геноцид” və digər nəşrlər var. Kitablarda erməni millətçilərinin Azərbaycan xalqına qarşı apardığı etnik təmizləmə siyasəti, həmçinin Xocalı şəhərini işğal edərək orada yaşayan azərbaycanlılara qarşı törətdikləri soyqırım faktı barədə ətraflı məlumatlar öz əksini tapıb. Nəşrlərdə Xocalı soyqırımının şahidləri olmuş və canlarını zorla qaçıb qurtara bilmiş Xocalı sakinlərinin acı xatirələri də yer alıb. Oxucular virtual ilə yanaşı, MEK-də təşkil olunmuş ənənəvi sərgi ilə də yaxından tanış ola bilərlər. https://heyzine.com/flip-book/1ce65eb1eb.html