MEK tərəfindən Zəfər Günü ilə əlaqədar virtual sərgi hazırlanıb

15-11-22

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanası (MEK) Zəfər Günü ilə əlaqədar hazırladığı virtual ( https://heyzine.com/flip-book/71e3a1f20d.html#page/1 ) sərgini oxuculara təqdim edir. Virtual sərgidə Eynulla Mədətlinin “Heydər Əliyev - İlham Əliyev: Azərbaycançılığın Zəfər yolu” kitabı, “Diplomacy lessons in 44 days”, “Vətən müharibəsi tarixi. Şəxsiyyət faktoru”, “Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Vətən müharibəsi dövründə xarici kütləvi informasiya vasitələrinə müsahibələri”, “Qarabağ Azərbaycandır! Zəfər epopeyası”, “Zəfərə aparan illər”, “Уроки дипломатии длиною в 44 дня”, “Ağsu şəhidləri. Zəfər qəhrəmanları”, Güllü Məmmədovanın “Fatehlərin Zəfəri. Xüsusi təyinatlılar” tarixi sənədli romanı, “Hər biri qəhrəmandır”, eləcə də MEK-in “Qırx dörd günün salnaməsi. Vətən müharibəsi” biblioqrafik göstəricisi və digər nəşrlər var. Təqdim olunan kitablar tariximzin ən şanlı səhifələrindən biri - 27 sentyabr 2020-ci ildə başlamış, işğal olunmuş torpaqlarımızın azad edilməsi və Azərbaycanın tarixi qələbəsi ilə başa çatmış 44 günlük Vətən müharibəsinə həsr olunub. Həmçinin nəşrlərdə torpaqların azad edilməsində müstəsna qəhrəmanlıq göstərmiş oğulların döyüş yolundan bəhs edilir. Xatırladaq ki, sərgidə MEK-in fondlarında olan nəşrlərdən istifadə olunub. Oxucular bu nəşrlər vasitəsi ilə Azərbaycanın Vətən müharibəsində qələbəsinin Zəfər salnaməsi ilə ətraflı tanış ola bilərlər.