MEK tərəfindən tərtib olunan “Şuşa-270” adlı biblioqrafik göstərici işıq üzü görüb

12-10-22

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Mərkəzi Elmi Kitabxanası (MEK) tərəfindən tərtib olunan “Şuşa-270” adlı biblioqrafik göstərici işıq üzü görüb. Biblioqrafiya “Şuşa İli”nə töhfə olaraq hazırlanıb və AMEA MEK-in fondlarında qorunan materiallar əsasında tərtib olunub. Biblioqrafik göstəriciyə Şuşanın tarixinə, coğrafiyasına, maddi-mənəvi abidələrinə, ədəbi mühitinə, görkəmli şəxsiyyətlərinə həsr olunmuş mənbələr daxil edilib. “Elm” nəşriyyatında işıq üzü görən biblioqrafik göstəricinin elmi redaktoru MEK-in baş direktoru, professor Məmməd Əliyev, tərtibçiləri Əməkdar mədəniyət işçisi Xuraman İsmayılova, Nərgiz Novruzovadır. Göstəricidə materiallar xronoloji əlifba qaydası ilə verilib. Həmçinin istifadəni asanlaşdırmaq məqsədi ilə Şuşa haqqında kitabların və müəlliflərin əlifba göstəricisi tərtib olunub. Göstəriciyə tədqiqatçı alimlər, tarixçilər və geniş oxucu kütləsi üçün nəzərdə tutulub.