MEK tərəfindən növbəti kitabxanaya biblioqrafik göstəricilər hədiyyə olunub

06-11-23

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanası (MEK) tərəfindən tərtib olunan biblioqrafik göstəricilər Azərbaycan Milli Kitabxanasına təqdim edilib. Hədiyyə olunan 49 adda biblioqrafik göstərici “Azərbaycanın elm və mədəniyyət xadimləri” seriyasında nəşr olunmaqla müxtəlif elm sahələrində fəaliyyət göstərən görkəmli şəxslərin həyat və yaradıcılığını əhatə edir. Vəsaitlər MEK-in Xidmət şöbəsinin rəhbəri Ofeliya Yunusova və Xarici dillərdə ədəbiyyat fondunun rəhbəri Kübra Sadıqova tərəfindən təqdim edilib. Xatırladaq ki, bundan öncə də MEK tərəfindən AMEA-nın Gəncə Bölməsinə və Bakı Dövlət Universitetinin Elmi Kitabxanasına eyni adda biblioqrafik göstəricilər hədiyyə olunmuşdur.