MEK Ömər Faiq Nemanzadənin anadan olmasının 150 illiyinə həsr olunmuş virtual sərgini təqdim edir

29-12-22

2022-ci ilin dekabr ayında Azərbaycan milli mətbuatının böyük nümayəndəsi, görkəmli publisist, tanınmış maarifçi və ictimai xadim Ömər Faiq Nemanzadənin anadan olmasının 150 ili tamam olur. Bu münasibətlə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanası (MEK) tərəfindən Ö.F. Nemanzadənin milli ideyalarla zəngin və dərin siyasi-ictimai məzmuna malik publisistik irsini özündə əks etdirən qısa xarakterli virtual (https://heyzine.com/flip-book/cbbb97f292.html#page/32) sərgi hazırlanıb. Kitablarla yanaşı, Qafqazın ən parlaq tarixi şəxsiyyətlərindən olan Ö.F.Nemanzadənin həyatının səhifələri və fəaliyyəti haqqında informasiyalar yer alıb. Burada onun müəllimlik fəaliyyətindən, “Molla Nəsrəddin” jurnalının təsis edilməsində və nəşrində Cəlil Məmmədquluzadə və Ömər Faiqin müstəsna rolundan, 1917-1920-ci illərdə Ahıska (Axalsix) bölgəsindəki fəaliyyətindən, ömrünün son günlərindən məlumatlar var.