MEK-in Sənədlərlə iş şöbəsinin müdiri Beynəlxalq Müəllimlər Günü münasibətilə keçirilən müsabiqədə iştirak edib

05-10-22

5 oktyabr Beynəlxalq Müəllimlər Günüdür. Bu bayram dünyanın 100-dən artıq ölkəsində qeyd olunur. Bu münasibətlə Universitet müəllimlərinin "University teacher -2022" adlı VIII Beynəlxalq Peşəkar Müsabiqəsi keçirilir. Hər il müxtəlif elm sahələri üzrə küçirilən müsabiqəyə dünyanın bir sıra ölkələrindən yüzlərlə məqalə göndərilir. Sözügedən müsabiqədə Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Mərkəzi Elmi Kitabxanasının (MEK) Sənədlərlə iş şöbəsinin müdiri, AR Prezidenti Yanında Dövlət İdarəçilik Akademiyasının Hüquq kafedrasının müəllimi, h.f.d Reyhan Cəfərova “Multikulturalizm – Azərbaycan Respublikasının dövlət siyasətinin tərkib hissəsidir” adlı məqaləsi ilə qatılıb. Müsabiqədən uğurla keçən iştirakçı-müəllimlər sonda diplom və sertifikatla təltif ediləcəklər.