MEK-in Elektron resurslar şöbəsinin "Heydər Əliyev 100 məqalə" layihəsi haqqında

09-03-23

2023-cü il mayın 10-da Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 ili tamam olur. Bu münasibətlə Prezident İlham Əliyev 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi haqqında Sərəncam imzalayıb. AMEA Mərkəzi Elmi Kitabxanası Elektron Resurslar şöbəsinin əməkdaşları Xəyalə Kərimova və Xəyalə Məmmədli “Heydər Əliyev İli” çərçivəsində Vikipediyada Ulu öndər ilə bağlı 100 məqalə yaradacaq. Bu günədək 80 məqalə artıq hazırdır. Yaradılan məqalələr əsasən Heydər Əliyevin Sərəncamı ilə yaradılmış təhsil müəssisələri, müxtəlif dövlət əhəmiyyətli obyektlər, su elektrik stansiyaları, Ulu Öndərin ölümündən sonra onun adını daşıyan respublika miqyaslı muzey və mərkəzlər, olimpiya mərkəzləri, Heydər Əliyevin adının verildiyi orden, mükafat, fond, medallar və bir çox müxtəlif istiqamətlərə aid ensiklopedik əhəmiyyətli kitabları əhatə edir. Qeyd edək ki, yaradılacaq olan 100 məqalə tamamlandıqdan sonra MEK bu yöndə təqdimat tədbiri keçirməyi planlaşdırır.